Kubokda kişilərin mübarizəsindən moldovalı atlet qalib çıxdı

Sentyabrın 9-11-i tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərinin yaxınlığındakı İvança qəsəbəsində inşa edilən AAAF Park İdman və Yaşayış Kompleksində keçiriləcək 10-cu “Zirvə Kuboku” start götürüb. Ənənəvi olaraq “Zirvə” İnternational Sport Clubs-ın ölkə xaricindəki filiallarının qatılması ilə beynəlxalq səviyyədə təşkil olunan yarışda klubumuzun Azərbaycan, Moldova, Ukrayna, Gürcüstan, Rusiya, Rumıniya, Türkiyə və Polşadakı filiallarının nümayəndələri medallar uğrunda mübarizə aparırlar.

Kubok 2 yaş qrupunda keçiriləcək: qadınlar və kişilər.

Artıq kişilər arasında qaliblər müəyyənləşib. İlk dəfə açıq havada keçirilən və çox maraqlı görüntülərə səbəb olunan qrupda medyan sahibi olan moldovalı Sergey Çekir bütün rəqiblərini qabaqlaya bilib. Ən güclülərin Sinkleyr cədvəlinə əsasən müəyyən edildiyi üçün onun toplam 299 kq (134+165) nəticə toplaması yetərli olub. Çekir 389.07 xal toplayıb və qızıl medala sahib çıxıb.

Tribunalara toplaşan tamaşaçılar ikinci yer uğrunda ciddi rəqabətə şahidlik ediblər. Belə ki, gümüş medalın sahibini cəmi 0,01 xal müəyyən edib. “Terespol-Zirvə” təmsilçisi olan polşalı Mateuş Sova 323 kq (145+178) nəticə ilə 384.13 xal toplayıb. O, Azərbaycan atleti, “Lənkəran-Zirvə” təmsilçisi, 292 kq (132+160) nəticə ilə 384.12 xal toplayan Paşa İbrahimlini çox cüzi fərqlə üstələyib.

Qalib və mükafatçıları təbrik edir, onlara qarşıdakı yarışlarda da uğurlar arzulayırıq.

N Name Born Nat BW Sn CJ Total Sinc
1. Cechir Serghei 1990 MDA 71.50 134 165 299 389.07
2. Mateusz Sova 1996 POL 84.70 145 178 323 384.13
3. İbrahimli Pasha 1995 AZE 70.25 132 160 292 384.12
4. Ciobanu Tudor 1999 MDA 84.40 141 176 317 377.63
5. Vitaliy Olevich 1993 UKR 86.95 146 170 316 371.33
6. Andriy Ostalyuk 1993 UKR 135.5 160 200 360 367.95
7. Georghe Chernei 1990 ROU 93.40 134 156 290 347.46
8. Adel Madiyarov 1998 RUS 68.15 118 130 248 332.32
9. Lungu Daniel 1998 MDA 58.65 100 120 220 325.88
10. Akın Melih 1993 TUR 113.5 135 166 301 320.26

 

10-cu Zirvə Kuboku həm də bir müddət əvvəl gözlənilmədən dünyasını dəyişən sabiq ağır atlet, klubumuzun sevimli üzvlərindən biri, Olimpiya Oyunlarının bürünc mükafatçısı və digər böyük beynəlxalq yarışların qalibi və medalçısı Veliçko Çolakovun xatirəsinə həsr olunacaq.

Eyni zamanda, bu turnir bu yeni inşa edilən Kompleksin açılış mərasimi ilə üst-üstə düşəcək. Bu səbəbdən yarışın sonunda musiqili-əyləncəli konsert təşkil olunacaq.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz