İsrailin Eylat şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Dekabrın 2-10-u tarixlərində olacaq yarışda “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak edir. Dünən onlardan ikisi – Tatya Lortkipanizde və Mehtap Kurnaz yaşı 23-ə qədər olan qadınlar arasında 63 kq çəki dərəcəsində körpücük üzərinə çıxıblar.
“Tiflis-Zirvə” atleti Lortkipanidze birdən qaldırma hərəkətində 84 kq, təkanla qaldırma hərəkətində isə 104 kq-ı ram edib. O, toplam 188 kq (84+104) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.
“Ankara Tuzgölü-Zirvə” atleti Mehtap Kurnaz də təxminən eyni performans nümayiş etdirib. O, birdən qaldırma hərəkətində 83 kq, təkanla qaldırma hərəkətində 105 kq-ı ram edib. Kurnaz Lortkipanidze ilə eyni – 188 kq (83+105) nəticə əldə edib. Ancaq şəxsi çəkisi Tatyadan yüngül olduğuna görə, Mehtap Avropa çempionatında 5-ci yerə layiq görülüb.