Kyokuşin karateçilərimiz 8 medal qazandı

5 mart – Bədən tərbiyəsi və idman gününə həsr olunmuş Sabunçu rayonu Gənclər və İdman İdarəsi ilə Dünya Oyama Kyokuşin Karate Təşkilatının birgə təşkil etdiyi Açıq çempionat keçirilib. Müxtəlif klub və cəmiyyətlərdən çox sayda idmançının qatıldığı turnirdə “Zirvə”çilər də iştirak edib. Yarışa təcrübəli mütəxəssis Mehman Nəbiyevin rəhbərliyi altında 8 karateçi ilə qatılan komandamız 3 qızıl və 5 bürünc medal əldə edib.
Yəhya Nəbiyev, Nuray Əhmədova, Rəsul Quliyev bütün rəqiblərinə qalib gələrək çempion adına lyiq görülüblər. Səid Nəcəfov, Dilavər Mövsümov, Adil Qədirov, Emil Məmmədov və Nurlan Əsədov isə bürünc medalla fərqləniblər.
Karateçilərimizi təbrik edir, qarşıdakı yarışlarda da uğurlar arzulayırıq!

SHARE
Şərh yaz