“Lənkəran-Zirvə” final mərhələsində son oyununu keçirdi

AFFA bayrağı altında keçirilən aşağı yaş qrupları arasında futbol yarışlarının final mərhələsində yarışan “Lənkəran-Zirvə” komandası çıxışlarına yekun vurub. Cənub regionu üzrə ən yaxşılardan olan 11 yaşlı futbolçularımız püşkə əsasən son çempion “Vətən” komandası ilə qarşılaşmışdı. İlk oyunda böyük hesabla yenilən “Zirvə”çilər cavab görüşündə daha layiqli mübarizə aparıblar. Yeniyetmələrimiz 1:2 hesabı ilə məğlub olsalar da, klubumuzu yaxşı təmsil edə biliblər.
Nəticə sevindirici olmasa da, gələcəyə ümidlə baxırıq. “Zirvə”nin potensialı böyükdür və gələn mövsüm daha yaxşı çıxış etməyə inamla yanaşmağa ümid verir.

SHARE
Şərh yaz