AFFA bayrağı altında keçirilən aşağı yaş qrupları arasında futbol üzrə regional birinciliklər başa çatıb. Ötən şənbə Cənub regionu üzrə son matçlar keçirilib və final mərhələsində iştirak edəcək komandaların adları məlum olub. Sevindiricidir ki, onların arasında “Zirvə”çilər də var.
Son matçlarda iki komandamız çıxış edib. Onlardan biri, U-10 komandamız gərgin mübarizə şəraitində keçən matçda Cəlilabad UGİM-nə 1:0 hesabı ilə məglub olub.
U-11 komandamız isə möhtəşəm oynayıb. “Lənkəran-Zirvə” əsas rəqiblərindən biri UGİM-i (Lənkəran) darmadağın edib. “Xəzər Lənkəran”ın farm-klubu olan bu komandaya 4:0 hesabı ilə qalib gələn komandamızın çıxışı alqışalayiqdir.
Gözəl futbol və gözəl nəticə bizi sevindirir. Komandamız bu qələbə ilə final mərhələsinə vəsiqə qazanıb və Cənub regionunun iki ən güclü komandasından biri kimi çıxışını davam etdirəcək. Finalların püşkatması yaxın günlərdə AFFA-da atılacaq və növbəti rəqibimizin adına aydınlıq gələcək.
Futbol komandamızın bütün üzvlərini, məşqçi və rəhbər heyətini bu nəticə münasibətilə təbrik edir, onlara minnətdarlığımızı bildiririk. İnanırıq ki, qarşıdakı oyunlardan və ümumilikdə bütün turnirlərdə bizləri sevindirməkdə davam edəcəklər!
Uğurlar!