AFFA bayrağı altında keçirilən aşağı yaş qrupları arasında futbol yarışlarının final mərhələsinə start verilib. Cənub regionu üzrə ən yaxşılardan olan “Lənkəran-Zirvə” komandası da bu mərhələdə öz oyununu keçirib. AFFA-nın inzibati binasında keçirilən püşkə əsasən U-11-lərimiz son çempion “Vətən” komandası ilə qarşılaşıb. “Vətən” komandasının meydançasında keçirilən oyunda “Zirvə”çilər meydanı məğlub tərk ediblər – 0:7.
Yenilgiyə baxmayaraq, futbol komandamızı burə qədər göstərdikləri əzm və mübarizliyə görə təbrik edirik. Ümid edirik ki, gələcək yarışlarda “Zirvə”ni daha yaxşı təmsil edəcək, qələbələr qazanacaqlar.