“Zirvə” Beynəlxalq İdman Klubunun futbol bölməsi fəaliyyətini davam etdirir. Sentyabrın 5-də Lənkəran şəhər Uşaq Gənclər İdman Məktəbinin futbol meydançasında maraqlı görüş keçirilib. “Lənkəran-Zirvə” Futbol Klubunun (U-13) yetirmələri “Sumqayit” Təhsil İdman Mərkəzinin (U-14) komandasi ilə yoldaşlıq oyununda qarşı-qarşıya gəliblər.
Oyun komandamızın üstünlüyü ilə keçib. “Lənkəran-Zirvə”çilər matçın taleyini yeganə qolla həll ediblər. Komandamız 1:0 hesabı ilə qalib gələrək yeni mövsüm üçün mənəvi üstünlük qazanıblar.
Oyundan bir neçə fotonu sizə tədim edirik: