
AFFA bayrağı altında keçirilən aşağı yaş qrupları arasında futbol yarışlarında pley-off mərhələsinə start verilib. Cənub zonasında mübarizə aparan “Zirvə” komandamız Cəlilabadın “Məhsul”u ilə qarşılaşıb. İlk oyun rəqib komandanın meydançasında keçirilsə də, futbolçularımız yaxşı nəticə ilə uğur qazanmağı bacarıblar. Lənkəranın “Zirvə”si 1:0 hesabı ilə qalib gəlib və cavab qarşılaşması üçün böyük üstünlük əldə edib.