“Zirvə” İdman Klubunun Zona yarışlarının ikinci mərhələsi davam edir. Neftçaladan sonra bu gün Lənkəran şəhərindəydik. Klubumuzun bazasındakı kompleksin yarış zalında zona yarışı keçirildi.
Yarışda bütün yaş qruplarında cəmi 90-a yaxın idmançı iştirak etdi.
Sabah zona yarışlarında boş gündür.
Mayın 13-də isə zona yarışlarının Samux rayonu üzrə mərhələsi keçiriləcək.