Argentinanın paytaxtı Buenos-Ayresdə oktyabr ayının 6-da startı verilən Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarında çıxış növbəsi ağır atletlərə çatıb. Bu gün qızların yarışında 58 kq çəki dərəcəsində Lalə Rzazadə körpücük üzərinə çıxıb. O, Azərbaycanı Yeniyetmələrin Olimpiya Oyunlarında təmsil edən ilk qadın atlet kimi tarixə düşüb.
Lalə Rzazadə, 2001-ci ildə Lənkəranda anadan olub. “Zirvə” İdman Klubunun nümayəndəsidir. Şəxsi məşqçisi Teymur Əliquliyevdir. Yeniyetmələr arasında Azərbaycan çempionu, beynəlxalq yarışların iştirakçısıdır.
Lalə birdən qaldırma hərəkətində 67 kq-ı ram edərək bu hərəkətdə 6-cı olub.
Atletimiz təkanla qaldırma hərəkətində 80 kq-ın öhdəsindən gəlməyi bacararaq bu hərəkətdə də 6-cı ola bilib.
Toplam 147 kq (67+80) nəticə göstərən Lalə Rzazadə bu çəkinin yekun sıralamasında 6-cı pilləni tutub.
Onu Olimpiya Oyunları kimi mötəbər yarışda böyük təcrübə toplamaq imkanı əldə etdiyinə görə təbrik, çıxışına görə təşəkkür edirik!
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions