Məhəmməd Məmmədli fəxri kürsünün ən yüksək pilləsində!

7-8 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatında ilk yarış günü başa çatıb.

Son olaraq kişilər arasında 67 kq çəki dərəcəsində qaliblər müəyyən edilib. İsmayıllılı atlet Məhəmməd Məmmədli bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. O, toplam 277 kq (122+155) nəticə ilə hamını qabaqlayıb. Sonrakı yerləri müvafiq olaraq toplam 260 kq (120+140) nəticə ilə Rüstəm Qasımov və toplam 250 kq (110+140) nəticə ilə Elməddin Hüseynov tutub.

Təbrik edirik!

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

67 kq

NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Məmmədli Məhəmməd1997İsmayıllıZirvə66.4122155277
2.Qasımov Rüstəm2002LənkəranTəhsil66.3120140260
3.Hüseynov Elməddin2001ŞamaxıZirvə65.3110140250
4.Alxasov Sale2001LerikZirvə66.1105130235
5.Həsənov Nizami2001GəncəTəhsil66.996108204
6.Həsənov Həsən1996SamuxZirvə66.71090
7.Nəsrullayev Rəsul1998SumqayıtTəhsil67.01050
SHARE
Şərh yaz