Mərhələ yarışları keçiriləcək

20-28 aprel tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 2-ci seçmə mərhələ yarışları keçiriləcək. Məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda aprelin 20-21-də  Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulacaqlar. 24-25 aprel tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, aprelin 27-28-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.

Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaqlar. Mərhələ yarışlarında 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001-ci il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcəkdir.

Mərhələ yarışları ildə 4 dəfə keçirilir.

Seçmə mərhələ yarışlarına qatılacaq idmançıların ilkin yanaşma tələbləri:

Çəki dərəcələri/kq/16 yaş /kq/15 yaş /kq/14 yaş /kq/13 yaş /kq/12 yaşadək /kq/
126 6555453530
2307060504035
3347565554540
4388070605045
5438575655550
6499080706055
7559585757060
86110590807565
967115100858070
10+67130110908575

– 17 yaşlı idmançılar üçün ilkin yanaşma – III  dərəcə

– 18 yaş və daha böyüklər üçün ilkin yanaşma – II dərəcə

– Yarışın qalib və mükafatçıları, qaldırdığı ağırlığa və şəxsi çəkiyə müvafiq “Sinkleyr” cədvəli əsasında müəyyən olunacaqdır.

Samux və Lənkəranda keçirilən yarışlarda bütün idmançıların çəkilməsi müvafiq yarış günü səhər saat 09:00-da başlanır.

Abşerondakı yarışın vaxt cədvəli aşağıdakı kimidir:

20-21 aprel 2019-cu il

NYaş qrupuÇəkilməYarış
20 aprel
1.Qadınlar və 2009-cu ildən azyaşlı oğlanlar09:0010:00
2.2008-ci illər09:0011:00
3.2007-ci illər10:0012:00
4.2006-cı illər11:3013:30
5.2005-ci illər13:3015:30
6.2004-cü illər15:0017:00
21 aprel
7.2003 və 2002-ci illər09:0010:30
8.2001-ci illər və daha böyük10:3012:30
SHARE
Şərh yaz