Marina Ohman da Fyordedə çıxış etdi

marina ohmanNorveçin Fyorde şəhərində davam edən ağır atletika üzrə qadınlar və kişilər arasında Avropa çempionatında “Zirvə” Beynəlxalq İdman Klubunun xarici filiallarının nümayəndələri də iştirak edirlər. Dünən qadınların 63 kq çəki dərəcəsindəki mübarizəsinə “Beer-Şeva-Zirvə” təmsilçisi Marina Ohman da qoşulub.

İsrailli atlet birdən qaldırmada 82 kq, təkanla qaldırmada isə 95 kq nəticə göstərib. Toplam 177 kq-la o ümumi sıralamada 18-ci yeri tutub.

SHARE
Şərh yaz