Rio Yay Olimpiya Oyunları tam sürətlə davam edir. Ağır atletika üzrə yarışlarda “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələri də iştirak edirlər. onlardan daha biri – mehtap Kurnaz bir qədər əvvəl körpücük üzərinə çıxıb. “Tuzgölü-Zirvə” atleti qadınların 63 kq çəki dərəcəsinin B qrupunda mübarizə aparıb.
Mehtap birdən qaldırmada 81, təkanla qaldırmada 100 kq-ı ram edə bilib. Toplam 181 kq (81+100) nəticə ilə Kurnaz B qrupunda 7-ci yeri tutub. Onun yekun sıralamada neçənci yeri tutacağı A qrupundakı çıxışlar başa çatandan sonra məlum olacaq.