Mərziyyə Məhərrəmova Avropa çempionatında yarışdı

merziyye marziyya meherremova maharramova

Aprelin 8-16-sı aralığında Norveçin Fyorde şəhərində keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı start götürüb. Bu böyük turnirdə Azərbaycan milli komandasının üzvləri də iştirak edir. Onlardan biri – Mərziyyə Məhərrəmova bu gün səhər saatlarında körpücük üzərinə çıxıb.

48 kq çəki dərəcəsinin B qrupunda mübarizə aparan “Zirvə” atleti birdən qaldırma hərəkətində 70, təkanla qaldırmada isə 85 kq-lıq ştanqın öhdəsindən gəlib. Toplam 155 kq (70+85) nəticə göstərən Məhərrəmova B qrupunda 4-cü yeri tutdu. Mərziyyənin ümumi sıralamada neçənci olacağı A qrupunda qüvvələr sınanandan sonra bilinəcək.

SHARE
Şərh yaz