Avqustun 27-dən sentyabrın 1-dək Rumınıyanın Buxarest şəhərində ağır atletika üzrə yeniyetmələr arasında 10-cu Avropa birinciliyi keçiriləcək. Azərbaycan bu yarışda altı idmançı ilə təmsil olunacaq. Bunlar aşağıdakılardır:
Valeh Baxşalızadə (50 kq), Kənan Əliquliyev (62 kq), Elxan Əliqulizadə (69 kq), Kamran Beskov (77 kq), Dadaş Dadaşbəyli (85 kq), Azər Məmmədli (+ 94 kq).
Yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Asif Məmmədovdur.
Çempionatda ölkəmizi hakim qismində Oktay Muxtarov təmsil edir.