Milli komandamız Dünya çempionatında 16-cı oldu

Türkiyənin Antalya şəhərində keçirilən Dünya çempionatı başa çatmışdır.İntiqam Zairov

Azərbaycan milli yığma komandası London Olimpiya oyunlarına lisenziya xalı qazandıran bu yarışda 62 komanda arasında 16-cı yerə çıxmışdır.

Yanko Rusevin komandası 65 xal toplayaraq 4 lisenziya xalı qazanan komandalarının arasında yer almışdır. Qadınlar arasında bir idmançı ilə təmsil olunan komandamız 45-ci yerə çıxmışdır. Ağırlıqqaldıranlarımızadan ən yaxşı nəticəni 94 kq çəki dərəcəsində çıxış edən İntiqam Zairov göstərmişdir.

Maksum Xasanovun yetirməsi 376 kq (175 kq + 211 kq) nəticə göstərərək VII yerə çıxmışdır. 69 kq çəki dərəcəsində çıxış edən Sərdar Həsənov şəxsi nəticəsini xeyli artıraraq 320 kq (145 kq +175 kq) nəticə ilə VIII yerə çıxmışdır.

Bu çəki dərəcəsində iştirak edən digər təmsilçimiz Əfqan Bayramov isə 306 kq (135 kq + 171 kq) nəticə ilə 15-ci yerə çıxmışdır. 77 kq çəki dərəcəsində Turan Mirzəyev 322 kq (138 kq +184 kq)nəticə ilə 16-cı yerə, 85 kq çəki dərəcəsində isə Nailxan Nəbiyev 338 kq (152 kq + 186 kq) nəticə göstərərək 21-ci yerə çıxmışdır. 105 kq çəki dərəcəsində Kokaya Tornike 330 kq nəticə ilə 33-cü yerə, Əlibəy Səmədov isə birdən qaldırma həəkətində sıfır nəticə göstərmişdir. 56 kq çəki dərəcəsində çıxış edən Elmar Əliyev 222 kq (95 kq+127 kq) nəticə ilə 28-ci yerə, yeganə qadın təmsilçimiz Silviya Angelova isə 48 kq çəki dərəcəsində 149 kq (67+82 kq) nəticə ilə 22-ci yerə çıxmışdır.

SHARE
Şərh yaz