Millilərimiz İslam Həmrəyliyi Oyunlarından döndü, təmtəraqla qarşılandı – VİDEO

islamiada1

Azərbaycan yığması İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında qazandıqları medalların sayını 24-ə çatdırıb. Millimizin aktivinə növbəti 2 mükafatı uşuçular əlavə edib.

Belə ki, təmsilçilərimizdən 65 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Pirəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı halda, Elçin Eminov (56 kq) 3-cü yerlə kifayətlənib.

Yığmamız aktivində ümumilikdə 7 qızıl, 8 gümüş və 9 bürünc medal var.

Bu gün komandamız Bakıya dönüb. İdmançıların qarşılanma mərasimindən videonu təqdim edirik:

VİDEO

SHARE
Şərh yaz