Moldova Milli Olimpiya Komitəsinin prezidenti klubumuzun qonağı oldu – VİDEO

Nikolay-Juravski-940x390

Moldova Milli Olimpiya Komitəsinin prezidenti Nikolay Juravski AAAF Park Yaşayış Kompleksinin qonağı olub. Bakıda keçirilən ilk Avropa Oyunlarında iştirak üçün gəlmiş milli komanda ilə birlikdə ölkəmizə təşrif buyuran qurum rəsmisi, əlinə düşən imkandan yararlanmaq qərarına gəlib.
Cənab Juravski ilk olaraq AAAF Park-ı gəzib, buradakı infrastrukturla tanış olub. Gördüklərindən heyrətə gələn qonaq təəccübünü və razılığını gizlətməyib.
Sonda AAAF Parkın təsisçisi və “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərovla görüşən Juravski gələcək əməkdaşlıq məsələlərini müzakirə edib.
Əlavə edək ki, mərkəzi bazası AAAF Park Yaşayış Kompleksi olan “Zirvə” Beynəlxalq İdman Klubunun Moldovada filialı fəaliyyət göstərir. “Kişinyov-Zirvə” İdman Klubu bir sıra beynəlxalq yarışlarda məhz bizim klubun bayrağı altında qatılıb və böyük uğurlar qazanıb.
Komandanın üzvləri paytaxt Kişinyovun yaxınlığındakı İvança qəsəbəsində inşaası başa çatmaq üzrə olan “AAAF Park Moldova”nın ərazisində olacaq bazada hazırlaşırlar.
Bu məkanda minlərlə idmançı bir çox idman növləri üzrə yarış və məşqlər etmək imkanı qazanırlar. Artıq ağır atletika üzrə Moldova milli komandası mütəmadi olaraq təlim-məşq toplanışlarını burada keçirir.

Juravski ilə müsahibəni sizə təqdim edirik:

SHARE
Şərh yaz