Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı bu günü başa çatır. Bu yarışda “Zirvə” Beynəlxalq İdman Klubunun daha iki üzvü çıxış edib.
Kişilərin yarışında 77 kq çəki dərəcəsində “Kişinyov-Zirvə” atleti Dumitru Kaptari mübarizə aparıb. O, 332 kq (152+180) nəticə ilə 8-ci yeri tutub.
Qadınlarda 75 kq çəki dərəcəsində isə həmin klubdan Natalya Prişepa körpücük üzərinə çıxıb. O, 232 kq (107+125) nəticə ilə 7-ci yeri tutub.