Moldovalı idmançı çempion oldu

Bu gün start götürən “Bakı Beynəlxalq Kuboku”nda qızlarımız da yarışa qoşulub. 53 kq çəki dərəcəsində iki idmançımız – Gülçin Əlizadə və Silviya Angelova medallar uğrunda mübarizəyə start veriblər. Ancaq təəssüf ki, zərif cinsdən olan heç bir atletimiz fəxri kürsüyə qalxa bilməyiblər.

Çempion adını isə moldovalı Kristina Ayovu qazanıb. O, toplamda 200 kq (90 kq + 110 kq) çəki ilə qızıl medal əldə edib. Gümüş medalı belaruslu Alyona Çiçkan 194 kq-la (83 kq + 111 kq) , bürünc medalı isə türkiyəli Ayşegül Çoban 182 kq-la (77 kq + 105 kq) qazanıb.

SHARE
Şərh yaz