Murad Əliyev sambo üzrə Azərbaycan çempionu oldu


15-16 yanvar tarixlərində yeniyetmələr, gənclər və kişilər arasında sambo üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda “Zirvə” təmsilçisi də çıxış edib və uğur qazanmağı bacarıb.

58 kq çəki dərəcəsində Murad Əliyev bütün rəqiblərini üstələyərək Azərbaycan çempionu adına layiq görülüb. Təcrübəli mütəxəssislər Elməddin və Hətəm Əhmədovlarına rəhbərliyi altında yarışan idmançımız xüsusi nailiyyət əldə edib. Belə ki, Murad buna qədər həm də cüdo üzrə Azərbaycan çempionu ola bilmişdi. Hər iki idman növündə qalib gəlməsi təqdiredici haldır.

Murad Əliyev müxtəlif beynəlxalq turnirlərin qalibi və mükafatçısı, “Zirvə Oyunları”nın qızıl medalçısı olub, ilin ən yaxşı idmançısı adına layiq görülüb.

Təbrik edirik!

SHARE
Şərh yaz