Muşik C qrupunda qalib gəldi

12278921_1075163889171468_9129678428322919116_n

Noyabrın 20-28-də ABŞ Hyuston şəhərində keçiriləcək ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatında 7-ci yarış günüdür. Corc Braun Konfrans Mərkəzinin Yarış zalında kişilər 94 kq çəki dərəcəsində C qrupunda mübarizə başa çatıb.
“Beer-Şeva-Zirvə” təmsilçisi Anatoli Muşik bu qrupda uğurla çıxış edib. Təcrübəli atlet birdən qaldırmada 169, təkanla qaldırmada isə 194 kq-ı başı üzərinə qaldıraraq hər iki hərəkətin qalibi olub. Toplamda 363 kq (169+194) nəticə göstərən Muşik C qrupunda 1-ci yerə çıxıb. Onun yekun sıralamadakı yeri B və A qrupundakı mübarizənin başa çatmasından sonra bilinəcək.

houston94C

SHARE
Şərh yaz