Nəbiyev və Çxeidze dünya çempionatında çıxış etdilər

Georgi Chkeidze

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatı davam edir. Bu gecə Azərbaycan milli komandasının bir üzvü – Nailxan Nəbiyev 105 kq çəki dərəcəsində medal mübarizəsinə qoşulub. O, C qrupunda çıxış edib. Nailxan 365 kq (163+202) nəticə ilə bu 5-ci yeri tutub.
Bu qrupda “Tbilisi-Zirvə” klubunun atleti Georgi Çxeidze də mübariə aparıb. O, daha yaxşı çıxış edib. Çxeidze 375 kq (168+207) nəticə ilə bu qrupun 2-cisi olub.
Atletlərin yekun sıralamdakı yeri B və A qruplarında çıxışlar başa çatandan sonra məlum olacaq.

houston105C

SHARE
Şərh yaz