Norveçin Fyorde şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatı başa çatmaq üzrədir. Dünən körpücük üzərinə Azərbaycan millisinin daha bir üzvü – Nailxan Nəbiyev çıxıb. O, 94 kq çəki dərəcəsində yarışıb.
Atlet birdən qaldırma hərəkətində 163 kq, təkanla qaldırmada isə 203 kq-ı ram edə bilib. Toplam 366 kq (163+203) nəticə göstərən Nailxan, ümumi sıralamada 7-ci yeri tutub.