İsrailin Eylat şəhərində keçirilən yaşı 20-yə və 23-ə qədər olan ağır atletlər arasında Avropa Birinciliyində növbəti idmançımız körpücük üzərinə çıxıb. Bu gün çəkisi 94 kq olan atletlərin yarışında ölkəmizi Nailxan Nəbiyev təmsil edib. O, 6-cı yeri tutub.
Nailxan birdən qaldırmaya uğurla başlayaraq əvvəlcə 155, daha sonra 160 kq çəkini başı üzərinə qaldırıb. 3-cü yanaşmasında 163 kq-ı ram edə bilməyən Nəbiyev, bu hərəkətdə 6-cı yeri tutub.
Təkanla qaldırmada nisbətən yaxşı çıxış edən atletimiz 200 kq çəkini ikinci cəhddə qaldırıb. Nəbiyev, sonra sifariş verdiyi 210 kq-ı ram edə bilməsə də, bu hərəkətdə 3-cü yeri tutaraq “kiçik” bürünc medala yiyələnib.
Toplamda 360 kq (160 kq + 200 kq) nəticə göstərən Nailxan, ümumi sıralamada 6-cı yeri tutub.
Avropa cempionati. U20. Nailxan Nebiyev 155 kq
Avropa cempionati. U20. Nailxan Nebiyev 160 kq
Avropa cempionati. U20. Nailxan Nebiyev 163 kq
Avropa cempionati. U20. Nailxan Nebiyev 200 kq – 1
Avropa cempionati. U20. Nailxan Nebiyev 200 kq – 2
Avropa cempionati. U20. Nailxan Nebiyev 210 kq