“8-ci Zirvə Kuboku və 1-ci Zirve İnternational Sport Clubs-ın ağır atletika üzrə Dünya Çempionatı” davam edir. Qızlardan sonra qadınlar da medallar uğrunda mübarizəyə qoşulublar. Bu yaş qrupunda çox maraqlı hadisələr yaşanıb.
Təcrübəli atletlərdən Milka Maneva və Nataliya Prişepa gözlənildiyi kimi fəxri kürsünün ən yüksək pillələrinə qalxdılar. Bizim üçün xoş xəbər isə bürünc medalın Azərbaycan idmançısı Elnarə Abbasovaya qismət olmasıdır. Qazax-Zirvə İdman Klubunun nümayəndəsi olan gənc ağır atletimiz gözəl çıxışla yadda qaldı. O, toplam 178 kq (76+102) nəticə və 237.9 Sinkleyr xalı ilə üçüncü yerə çıxdı.
Çempionluq mübarizəsində isə Prişepa Manevaya qalib gəldi. Moldova idmançısı 283.2 xalla qızıl medallara sahib çıxdı. Qrupun nəticələri və şəkilləri sizə təqdim edirik:
N | Name | Nat | Weight | Snatch | C&J | Total | Sinclair |
1 | Priscepa Natalia | MOL | 76.5 | 108 | 131 | 239 | 283.2 |
2 | Maneva Milka | BUL | 66.50 | 91 | 115 | 206 | 264.4 |
3 | Abbasova Elnara | AZE | 62.45 | 76 | 102 | 178 | 237.9 |
4 | Atakan Zeynep | TUR | 67.25 | 81 | 98 | 179 | 228.1 |
5 | Alizade Gulchin | AZE | 51.65 | 63 | 80 | 143 | 220.3 |
6 | Unal Elif | TUR | 54.00 | 66 | 77 | 143 | 212.5 |
7 | Saritoprak Emine | TUR | 58.25 | 64 | 83 | 147 | 206.3 |
8 | Breczko Kamila | POL | 52.50 | 60 | 72 | 132 | 200.6 |
9 | Nur Dalmizrak Busra | TUR | 62.25 | 68 | 81 | 149 | 199.6 |
10 | Golubina Anastasiya | RUS | 67.90 | 65 | 77 | 142 | 179.9 |
11 | Maharramova Marziyya | AZE | – | – | – | – | – |