Natiq və Namiq Ağayev qardaşları Avropa çempionatında uğur qazandılar

Naxçıvandakı Olimpiya İdman Kompleksində keçirilən Veteran Ağır Atletlər arasında 26-cı kişilər və 24-cü qadınlar Avropa çempionatı davam edir. 21-28 may tarixləri arasında baş tutacaq yarışda 21 ölkədən 200-yə yaxın atlet iştirak edir.

Mayın 25-də körpücük üzərinə son olaraq yaşı 50-54 arası (M50 qrupu) olan kişilər çıxdılar. Yarışçılar arasında 3 Azərbaycan atleti vardı ki, onların hər üçü medal qazandılar. Xüsusilə Ağayev qardaşları – Natiq və Namiq Ağayevlərin çıxışını qeyd etmək olar. Natiq Ağayev bürünc, Namiq Ağayev isə qızıl medala sahib çıxdı.

Atletlərimizi təbrik edir, gələcək yarışlarda da uğurlar arzulayırıq!

Bütün nəticələr aşağdakı kimidir:

Adı Ölkə Şəxsi çəki Çəki dərəcəsi Doğulduğu tarix Yaş qrupu Birdən Təkanla Toplam Sinkleyr xalı Manone-Meltzer
1. Yoahim Roland GER 68.40 69 1965 50-54 82 100 182 246.22 319.34
1. Erik Sallvey GER 76.75 77 1966 50-54 83 101 184 232.14 296.90
1. Namiq Ağayev AZE 80.00 85 1966 50-54 85 107 192 236.75 302.80
1. Akif Rəhimov BLR 91.70 94 1966 50-54 100 138 238 274.46 351.04
2. Şəmsəddin Pənahov GER 93.60 94 1964 50-54 105 120 225 257.16 338.42
3. Roland Preyssner GER 92.25 94 1962 50-54 73 95 168 193.23 262.98
1. Aleksandr Leonidov RUS 104.2 105 1962 50-54 107 126 233 255.32 347.50
2. İltifat Məmmədov AZE 98.00 105 1965 50-54 88 117 205 229.89 298.17
3. Roman Şinhan AUT 104.9 105 1964 50-54 90 115 205 224.11 294.93
1. Konstantin Smolonogin RUS 121.7 +105 1964 50-54 110 131 241 252.03 331.67
2. Yurgen Braun GER 147.1 +105 1966 50-54 101 131 232 234.34 299.72
3. Natiq Ağayev AZE 105.1 +105 1965 50-54 82 100 182 198.83 257.89

 

Bu yarışın keçirilmə hüququ Azərbaycana ötən ilin iyununda Uelsin Banqor şəhərində verilib. Qərar qəbul edərkən Avropa Veteran Ağır Atletlər Komitəsi ölkəmizin belə turnirləri yüksək səviyyədə və uğurla keçirmə təcrübəsini nəzərə almışdı. Xatırladaq ki, 2012-ci il 1-10 iyun tarixlərində Lənkəranda analoji turnir keçirilmişdi. 2014-cü il 4-8 iyul tarixlərində isə elə Naxçıvanda veteranlar arasında Dünya Kuboku uğurla təşkil olunmuşdu.

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz