Naxçıvan Televiziyası veteranların Avropa çempionatı barədə geniş süjet hazırlayıb

nknMayın 20-28-də Naxçıvandakı Olimpiya İdman Kompleksində Veteran Ağır Atletlər arasında 26-cı kişilər və 24-cü qadınlar Avropa çempionatı keçirildi. Yarışda 21 ölkədən 200-yə yaxın atlet medallar uğrunda mübarizə apardı. Azərbaycan yığma komandası 22 medal qazanıb ki, onlardan 12-si qızıl, 7-si gümüş, 3-ü isə bürünc medaldır. Yığmamıza medal qazandıran idmançılar arasında “Zirvə” idman klubunun veteran atletləri də olub.
Naxçıvan Televiziyası yarış barədə geniş süjet hazırlayıb. Onu sizə təqdim edirik:


Bu yarışın keçirilmə hüququ Azərbaycana ötən ilin iyununda Uelsin Banqor şəhərində verilmişdi. Qərar qəbul edərkən Avropa Veteran Ağır Atletlər Komitəsi ölkəmizin belə turnirləri yüksək səviyyədə və uğurla keçirmə təcrübəsini nəzərə almışdı. Xatırladaq ki, 2012-ci il 1-10 iyun tarixlərində Lənkəranda analoji turnir keçirilmişdi. 2014-cü il 4-8 iyul tarixlərində isə elə Naxçıvanda veteranlar arasında Dünya Kuboku uğurla təşkil olunmuşdu.

SHARE
Şərh yaz