Naxçıvanda veteranlar arasında Avropa çempionatı keçiriləcək

logoMayın 20-28-də Naxçıvandakı Olimpiya İdman Kompleksində Veteran Ağır Atletlər arasında 26-cı kişilər və 24-cü qadınlar Avropa çempionatı keçiriləcək. Yarışda 21 ölkədən 200-yə yaxın atlet medallar uğrundan mübarizə aparacaq. Azərbaycan yığma komandası çempionatda geniş heyətlə – 27 nəfərlə (3 qadın, 24 kişi) təmsil olunacaq. Komandanın baş məşqçisi Oktay Muxtarovdur.
Bu yarışın keçirilmə hüququ Azərbaycana ötən ilin iyununda Uelsin Banqor şəhərində verilmişdi. Qərar qəbul edərkən Avropa Veteran Ağır Atletlər Komitəsi ölkəmizin belə turnirləri yüksək səviyyədə və uğurla keçirmə təcrübəsini nəzərə almışdı. Xatırladaq ki, 2012-ci il 1-10 iyun tarixlərində Lənkəranda analoji turnir keçirilmişdi. 2014-cü il 4-8 iyul tarixlərində isə elə Naxçıvanda veteranlar arasında Dünya Kuboku uğurla təşkil olunmuşdu.
Azərbaycan milli komandasının heyəti belədir:
Qadınlar: Abbasova Təranə, Rzayeva Səbinə və Şahverdi Xatirə.
Kişilər: Alıyev Akif, Ağayev Natiq, Həsənov Natiq, Ağayev Namiq, Quliyev Saddar, Məmmədov İltifat, Jilyayev Vladimir, Əliquliyev Teymur, Zeynalov Nizami, Əkbərov Emin, Muxtarov Ağalar, Əliyev Emil, Qeyisov Samir, Hüseynov İlham, Orucov Rasim, Nəbiyev İdris, Nəsrullayev Murad, Məlikov Asif, Həsənov Məlikməmməd, Hüseynov Samir, Tağıyev Zəfər, Nurməmmədov Azad, Qasımov Anar və Dadaşov Malik.

SHARE
Şərh yaz