05-08 iyul tarixləri arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş ağır atletika üzrə Veteranlar arasında Dünya Kuboku keçiriləcəkdir. İlham Əliyev adına Naxçıvan Olimpiya Kompleksində baş tutacaq yarışda 23 ölkədən 170-dən çox usta ağırlıqqaldıran güclərini sınayacaq.
Kubokda “Zirvə” İdman Klubunun da nümayəndələri medallar uğrunda mübarizə aparacaqlar. Onların içərisində Akif Alıyev, Rasim Orucov, Teymur Əliquliyev, Ağakərim Kərimov, Emin Əliyev və başqalarının adlarını qeyd etmək olar.
Artıq Azərbaycan Respublikası Veteran Ağır Atletlər İctimai Birliyinin idarə heyətinin sədri Natiq Ağayev yarış iştirakçıları və qonaqlara salamlama mesajı ünvanlayıb. O, hamını bu Kubokda görməkdən çox şad olduğunu, təşkil olunacaq yarışdan və Naxçıvan şəhəri ilə tanışlıqdan məmnun qalacaqlarına əmin olduğunu dilə gətirib.
Əlavə məlumat üçün yarışın rəsmi saytı www.nakhchivan2014.com -u ziyarət edə bilərsiniz
Yarışın vaxt cədvəli və start listlərini sizə təqdim edirik: