Neftçalada “Zirvə” fırtınası” əsdi!

Yanvarın 21-22-də Neftçalanın Xolqarabucaq kəndində keçirilən yarışda “Zirvə” İdman Klubunun atletləri böyük uğurlar qazanıblar. “20 yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş, Neftçala Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi turnirə “Zirvə” İdman Klubu da təşkilati dəstək göstərib.

Yarışda klubumuzun idmançıları gözəl nəticələr qazanıblar.

Belə ki, 12 çəkidəki 35 medaldan 32-ni “Zirvə” klubunun atletləri qazanıblar. Məşçilər içərisində Səmədov Cəmaləddin xüsusilə fərqlənib. Onun yetirmələrinin 7-si qızıl medal qazanıb. Onunla yanaşı Ağayev Azad, Səmədov Çingiz, Zeynalov İlhamın da tələbəsi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Aşağıdakı sizə çəkilər üzrə yer tutan bütün atletlərin adlarını təqdim edirik:

26 kq

1. Heydərov Cavid (26 kq / 35 kq)
2. Məmmədov Qismət (24/32)
3. Quliyev Seymur (17/25)

32 kq

1. Xəlilov Kənan (30 kq / 40 kq)
2. Səmədov Murad (30/38)
3. Hüseynov Mürsəl (26/37)

34 kq

1. Usubov Kamran (36 kq / 45 kq)
2. Musayev Qaroğlan (26/36)
3. İsmayılov Elvin (25/28)

38 kq

1. Səmədov Ceyhun (38 kq / 43 kq)
2. Səfərli Şahin (37/40)
3. Hüseynov Fərid (30/40)

42 kq

1. Qasımov Əli (40 kq / 52 kq)
2. Səmədov Yadigar (41/54)
3. Zaliyev Məmməd (35/50)

46 kq

1. Qədirov Əhməd (50 kq / 66 kq)
2. Əhmədov Saleh (35/52)
3. Əhədov İsrail (35/48)

50 kq

1. Zeynalov Fərid (60 kq / 75 kq)
2. Babazadə Amil, “Təhsil” (50/68)
3. Rəcəbov İdrak (51/58)

56 kq

1. Səmədov Ülvi (75 kq / 92 kq)
2. Usubov Fərid (70/90)
3. Həsənov Hüseyn (68/80)

62 kq

1. Əhədov İsmayıl (70 kq / 93 kq)
2. İbrahimov İsa (60/80)
3. İbrahimov Əsgər (55/80)

69 kq

1. Səmədli Ümid (76 kq / 98 kq)
2. Həsənov Vüqar (75/95)
3. Məmmədov Rəşad (60/92)

77 kq

1. Zeynalov Orxan (120 kq / 145 kq)
2. Ağayev Cərrah (85/95)
3. –

+ 77 kq

1. Şirinov Yadigar, “Spartak” (110 kq / 140 kq)
2. İsmayılzadə Mövsüm, “Təhsil” (90/110)
3. Mirzəzadə Mikayıl (87/112)

SHARE
Şərh yaz