İsrailin Eylat şəhərində bu gün daha bir idmançımız körpücük üzərinə çıxıb. Yeniyetmələr üzrə ilk Olimpiya çempionumuz Nicat Rəhimov, yaşı 20-yə qədər olan idmançılar arasında yarışıb. 77 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 5-ci yeri tutub.
Birdən qaldırmaya uğursuz başlayan Nicat, 145 kq-ı ikinci cəhddən ram etdi. Daha sonra 150 kq-ı başı üzərinə qaldıran Rəhimov, bu hərəkətdə 4-cü yeri tutdu.
Təkanla qaldırmaya 177 kq-ı qaldırmalq başlayan atletimiz, sonrakı 2 cəhdin sonuncusunda 182 kq-ı qaldıraraq bu hərəkətdə də 4-cü yerə sahib çıxdı.
Nəticədə Nicat 332 kq çəki (150 kq + 182 kq) ilə ümumi sıralamada 5-ci yeri tutdu.
Avropa cempionati. U20. Nicat Rehimov 145 kq – 1
Avropa cempionati. U20. Nicat Rehimov 145 kq – 2
Avropa cempionati. U20. Nicat Rehimov 150 kq
Avropa cempionati. U20. Nicat Rehimov 177 kq
Avropa cempionati. U20. Nicat Rehimov 182 kq – 1
Avropa cempionati. U20. Nicat Rehimov 182 kq – 2