Bu gecə saat 02:00-da hər kəsin diqqəti Braziliyaya yönələcək. Rio-De-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında “Zirvə” İdman Klubunun yetirməsi Nicat Rəhimov məhz bu vaxtda körpücük üzərinə çıxacaq. Vətəndən uzaqda olsa da, o həmişə bizim ürəyimizdədir. Ona azarkeşlik etmək, qələbələrinə sevinib, kədərinə üzülməyimiz çox təbiidir.
“Zirvə” Beynəlxalq İdman Klubunun sabiq üzvü hazırda Qazaxıstan milli komandasının şərəfini qoruyur. 2010-cu ildə Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi olmuş ağır atlet, ötən il Hyustonda böyüklər arasında dünya çempionu da olmuşdu. Yeni ölkəsinin aparıcı üzvlərindən olan Rəhimov 77 kq çəki dərəcəsində mübarizə aparacaq.
Hamımız Nicata uğurlar, qızıl medal sevinci arzulayırıq! Hər kəsi yarış zamanı ona dəstək olmağa dəvət edirik!