Nicat Rəhimov təkanla qaldırmada bürünc medal qazandı

Qvatemalanın Antiqua şəhərində gənclər arasında ağır atletika üzrə dünya çempionatında ikinci ağırlıqqaldıranımız da körpücük üzərinə çıxıb. Nicat Rəhimov 77 kq çəki dərəcəsində mübarizə aparıb.

Birdən qaldırma hərəkətində 148 kq-ı başı üzərinə qaldıran Nicat, bu nəticə ilə 5-ci yeri tutub.

2010-cu ildə Yeniyetmələr arasında ilk Olimpiya çempionumuz təkanla qaldırma hərəkətində daha uğurlu çıxış edib. Üç yanaşmanın sonunda 185 kq-ın öhdəsindən gələn Rəhimov, bu hərəkətdə bürünc medal qazanıb.

Toplamda 333 kq (148+185) ilə dünya 4-cüsü olan Nicata, medalçılar sırasına qoşulmaq üçün cəmi 3 kq çatmayıb.

SHARE
Şərh yaz