Naxçıvandakı Olimpiya İdman Kompleksində Veteran Ağır Atletlər arasında 26-cı kişilər və 24-cü qadınlar Avropa çempionatı keçirilir. 21-28 may tarixləri arasında baş tutacaq yarışda 21 ölkədən 200-yə yaxın atlet iştirak edir.
Növbəti yarış günündə yaşı 61-65 arası (M60 qrupu) olan kişilər körpücük üzərinə çıxıblar. Onlardan ilk olaraq çəkisi 62, 69, 77 və 85 kq olan idmançılar yarışa qoşulub, qalibləri müəyyən ediblər.
Bütün nəticələr aşağdakı kimidir:
Adı | Ölkə | Şəxsi çəki | Çəki dərəcəsi | Doğulduğu tarix | Yaş qrupu | Birdən | Təkanla | Toplam | Sinkleyr xalı | Manone-Meltzer | |
1. | Sergey Kiryanov | RUS | 66.00 | 69 | 1955 | 60-64 | 60 | 80 | 140 | 193.90 | 298.80 |
2. | Patrik Attric | GBR | 63.25 | 69 | 1952 | 60-64 | 56 | 70 | 126 | 179.67 | 292.69 |
1. | Anatloi Lavrov | BLR | 72.60 | 77 | 1953 | 60-64 | 70 | 90 | 160 | 208.54 | 333.24 |
1. | Fyodor Karasev | RUS | 83.95 | 85 | 1955 | 60-64 | 75 | 100 | 175 | 210.44 | 324.28 |
Bu yarışın keçirilmə hüququ Azərbaycana ötən ilin iyununda Uelsin Banqor şəhərində verilib. Qərar qəbul edərkən Avropa Veteran Ağır Atletlər Komitəsi ölkəmizin belə turnirləri yüksək səviyyədə və uğurla keçirmə təcrübəsini nəzərə almışdı. Xatırladaq ki, 2012-ci il 1-10 iyun tarixlərində Lənkəranda analoji turnir keçirilmişdi. 2014-cü il 4-8 iyul tarixlərində isə elə Naxçıvanda veteranlar arasında Dünya Kuboku uğurla təşkil olunmuşdu.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions