Nümunəvi rəqs çıxışları edilib

İyunun 29-da AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” Uşaq-İdman Akademiyasının qarşısında nümunəvi rəqs çıxışları edilib. Bəxtiyar Aslanovun rəhbərliyi altında baş tutan mərasimdə gənc rəqqas qız və oğlanlarımız bacarıqlarını nümayiş etdiriblər.
Böyük marağa səbəb olan çıxışları çox sayda tamaşaçı izləyib, yeniyetmə rəqqasların istedadlarına şahidlik ediblər. Uşaqlar təcrübəli müəllimlərindən öyrəndiklərini müxtəlif kompozisiyalar şəklində böyük məharətlə göstərərək, alqışlara layiq görülüblər.
Çıxışlardan şəkilləri sizə təqdim edirik. Əlavə edək ki, hər həftənin şənbə günləri saat 18:00-da klubumuzun nəzdində fəaliyyət göstərən müxtəlif dərnəklərin nümunəvi çıxışları ediləcəkdir. Bütün AAAF Park sakinləri və qonaqları bu tədbirləri izləməyə dəvət edirik.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz