Nurcan Taylan karyerasını bitirməyə məcburdur

Dünyaca məşhur türk qadın ağır atleti Nurcan Taylan idmançı karyerasını başa vura bilər. Buna səbəb onun dopinqdə ilişməsidir.

Türkiyə mətbuatı xəbər verir ki, 28 yaşlı Nurcan ötən il oktyabrın 26-da dopinq tesdən keçib. Qanında yasaq maddə aşkarlanan idmançı, təkrar tesdən də eyni cavab alıb. Ona görə də, o, Parisdəki dünya çempionatında iştirak etməkdən imtina edib.

2004-cü ildə Afina Olimpiadasının qalibi olan Taylan, həm də altıqat Avropa çempionu və 2010-cu ilin dünya çempionudur. O, bir dünya və altı Avropa rekordunun sahibidir.

Beynəlxalq Ağır Atletika Federasiyasının onu minimum 4 müddətinə cəzalandıracağı gözlənilir. Təcrübəmizə əsaslanaraq qeyd edə bilərik ki, bu cəzadan sonra Nurcan Taylanın idmana qayıdışı çətin məsələdir.

Türk mətbuatı da belə hesab edir. Hətta Nurcanın özünün indidən karyerasını bitrmək istədiyi xəbəri də verilir.

SHARE
Şərh yaz