“Olimpiya ümidi”miz ABŞ-da 6 qızıl medal qazandı!

ABŞ-ın Texas ştatının Pleynou şəhərində Ümumdünya Olimpiya Gimnastika Akademiyasının (World Olympic Gymnastics Academy) təşkilatçılığı ilə çempionat keçirilib. İdman gimnastikası üzrə ikiqat Olimpiya, ikiqat dünya və dördqat Avropa çempionu olmuş qazaxıstanlı Valeri Lyukinin şərəfinə keçirilən çempionatda ilk dəfə Azərbaycan gimnastları da iştirak edib. Çempionatda müxtəlif ölkələrdən 4 minə yaxın idmançı iştirak edib. 12 min tutumlu arenada baş tutan çempionatda Azərbaycanı idman gimnastikası üzrə Əli Xəlilov da təmsil edib.

“Zirvə” Beynəlxalq İdman Klublarının nümayəndəsi, 2018-ci il “Zirve Awards”ın “Olimpiya ümidləri” mükafatının sahibi, 10 yaşlı Əli Xəlilov mütləq çempion olub və altı qızıl medalın hamısını qazanıb.

Qələbə münasibətilə idmançımızı və onun məşqçilərini təbrik edirik!


SHARE
Şərh yaz