Ölkə çempionatında qadınlarda bütün medalları “Zirvə”çilər qazandılar!

????????????????????????????????????
????????????????????????????????????

AAAF Park Yaşayış Kompleksinin yarış zalında ağır atletika üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı start götürüb. Yarışda ölkənin bütün bölgələrindən yüzə yaxın atlet qüvvəsini sınayır. Çempionat fevralın 12-13-də keçiriləcək. Qadınlar 6, kişilər isə 8 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

Artıq ilk çempionların adı məlumdur. Çempionatda cəmi 12 nəfər qadın atlet iştirak edib ki, onların hamısının “Zirvə” Beynəlxalq İdman Klubunun üzvü olması xüsusilə qeyd edilməlidir.

Qadınların mübarizəsində qaliblər 6 çəki dərəcəsində müəyyən edilib ki, “Zirvə” atletləri 6 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.

İdmançılar və məşqçilərimizi təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq!

Nəticələrlə tanış olun:

53 kq

1 Əzimova Səbinə 2000 Zirvə 49.30 68 85 153
2 Məhərrəmova Mərziyyə 1996 Zirvə 49.90 65 85 150
3 Əlizadə Gülçin 1997 Zirvə 48.45 60 75 135

 

58 kq

1 Əhmədova Ləman 1995 Zirvə 57.30 64 80 144
2 Rzazadə Lalə 2001 Zirvə 55.00 59 74 133
3 Məhərrəmova Sevər 2002 Zirvə 54.90 56 66 122

 

63 kq

1 Abbasova Elnarə 1997 Zirvə 62.90 70 98 168
2 İbrahimova Firuzə 1997 Zirvə 61.20 70 85 155

 

69 kq

1 Məmmədova Sona 1999 Zirvə 63.20 63 78 141
2 Hüseynzadə Fidan 2001 Zirvə 63.40 60 75 135

 

75 kq

1 İbrahimli Anastasiya 1993 Zirvə 71.50 102 127 229

 

+75 kq

1 Məmmədova Xumar 1997 Zirvə 87.90 66 79 145

 

SHARE
Şərh yaz