Orxan Əliquluzadə Avropa çempionatındakı çıxışlarımıza yekun vurdu

Milli komandamızın İsrailin Eylat şəhərində keçirilən yaşı 20-yə və 23-ə qədər olan ağır atletlər arasında Avropa Birinciliyindəki çıxışlarına yekun vurulub. İdmançılarımızdan sonuncu olaraq körpücük üzərinə Orxan Əliqquluzadə çıxıb. O, yaşı 23-ə qədər olan atletlər arasında, 85 kq çəki dərəcəsində mübarizə aparıb.

İdmançımız yarışa yaxşı başlayıb. Birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurlu edən Orxan, ardıcıl olaraq 142, 147 və 151 kq-ı başı üzərinə qaldırıb. Bu çəki ona bu hərəkətdə 5-ci olmaq imkanı verib.

Təkanla qaldırma isə Əliquluzadə üçün uğursuz alınıb. İki yanaşmada 181 kq, daha sonra isə 183 kq-ı qaldıra bilməyən Orxan bu hərəkəti və ümumilikdə yarışı “sıfır” nəticə ilə başa vurub.

Avropa cempionati. U20. Orxan Eliquluzade 142 kq

Avropa cempionati. U23. Orxan Eliquluzade 147 kq

Avropa cempionati. U23. Orxan Eliquluzade 151 kq

Avropa cempionati. U23. Orxan Eliquluzade 181 kq

SHARE
Şərh yaz