Özbəkistanın Daşkənd şəhərində ağır atletika üzrə yeniyetmə oğlanlar və qızlar arasında Dünya Birinciliyi davam edir. Bu gün millimizin üzvlərindən Orxan Həsənli 62 kq çəki dərəcəsinin B qrupunda mübarizə aparıb.
Birdən qaldırma hərəkətində əvvəlcə 95 kq-ı qaldıran gənc atletimiz, sonra sifariş verdiyi 100 kq-ı yalnız iki cəhddə ram edə bildi. Orxan bu hərəkətdə 10-cu pillədə qərarlaşdı.
Təkanla qaldırma hərəkəti bir qədər uğursuz alındı. Həsənli ilk sifarişi olan 119 kq-ı yalnız üçüncü yanaşmada qaldıra bildi və bu hərəkətdə 16-cı oldu.
Toplamda 219 kq-la (100 kq + 119 kq) Orxan Həsənli “B” qrupunda 14-cü yeri tutdu. İdmançının yekun sıralamadakı yeri “A” qrupundakı yarış bitəndən sonra məlum olacaq.