Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının ildönümünün təntənəli qeyd edilməsi məqsədilə yeniyetmələr arasında 3-cü “Zirvə Oyunları” keçirilir. “Zirvə” Beynəlxalq İdman Klubunun nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançılarımızın qatılacağı bu yarış ənənəvi xarakter daşıyır. Bir neçə ildir mütəmadi keçirilən Oyunlr həmçinin Azərbaycan birinciliklərində cıxış etmək ücün heyətlərin komplektləşdırılməsı, bu idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlagələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, təkmilləşdirilməsi və yarış vərdişlərinin mükəmməlləşdirilməsi məqsədi güdür.
Yarışlar həmişə olduğu kimi dörd idman növü üzrə ağır atletika, bədii gimnastika, cüdo və futbol – keciriləçəkdir. Bədii gimnastika yarışı mayın 10-da ZİSC-nin əsas yarış zalında baş tutdu.
Böyük marağa səbəb olan turnirdə tribunalar tamaşaçı ilə dolu idi. 40 gənc gimnastın qatılıdğı yarışma açıq xarakter daşıyırdı. 1999-2003, 2004, 2005, 2006, 2007, 2008, 2009-2010-cu il təvəllüdlü qızlar arasında keçirilən birincilikdə “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələri ilə yanaşı, RKİM – Respublika İdman Məktəbi, Gəncə və Sumqayıt gimnastları qatıldılar.
İlk olaraq “Zirvə İnternational Sport Clubs”-ın direktoru Rizvan Rəsulov zala toplaşanları salamladı. O, Ulu Öndərin anadan olmasının 92-ci ildönümünün əlamətdar bir hadisə olduğunu vurğuladı. Rəsulov qeyd etdi ki, ümummilli lider, mərhum prezident Azərbaycanda idmana böyük qayğı göstərmiş, onun layiqli davamçısı cənab prezident llham Əliyev də bu siyasəti davam etdirmişdi. Qeyd olundu ki, artıq 3-cü dəfə keçirilən “Zirvə Oyunları” bu siyasətə klubumuzun tərəfindən verilən dəstək xarakteri daşıyır. Sonra yarışlar açıq elan olundu.
Əvvəlcə nümunəvi və müsabiqədənkənar çıxışlar oldu. Sonrası isə medallar uğrunda mübarizəyə start verildi. Təcrübəli mütəxəssislərin yer aldığı münsiflər heyəti çıxışları diqqətlə izləyərək qalibləri müəyyən etdi.
Hər yaş qrupunda I-II-III yerləri tutan idmançılar “Zirvə İnternational Sport Clubs” MMC-nin medal və diplomları, həmçinin xatirə hədiyyələri ilə mükafatlandırıldılar.
Nəticələr və fotoları sizə təqdim edirik:
–
1999-2003-ci illər
1. Şərifli Xanım (RKİM- Respublika İdman Məktəbi)
2004-cü illər
1. Süleymanlı Aytac (Xırdalan)
2. Risazadə Fatimə (Xırdalan)
3. Qəribli Nurcan (Xırdalan)
2005-ci illər
1. Məhərrəmova Selcan (Gəncə)
1. Bayramova Nərmin (Xırdalan)
2. Həsənova Natəvan (Gəncə)
3. Həsənova Cəmalə (Xırdalan)
2006-cı illər
1. Səmədli Fatimə (Xırdalan)
2. Kərimova Zərifə (Xırdalan)
3. Əliyeva Səbinə (Gəncə)
2007-ci illər
1. Süleymanlı Səriyyə
2. Abdulova Mehriban (Sumqayit)
2. Tağıyeva Məryəm (RKİM)
3. Əliyeva Aysu (Gəncə)
2008-ci illər
1. Məmmədli Safura (Gəncə)
2. Yusubova Aylin (RKIM)
3. Ağayeva Mehriban (Sumqayıt)
2009-2010-cu illər
1. Quliyeva Gülşən (Gəncə)
2. Qasımova Aysel (RKİM)
3. Fərəciyeva Zəhra (Xırdalan)