Paşa İbrahimli İslam Oyunlarının qalibi oldu

Ağır atletlərimiz daha bir böyük turnirdə – Ağır Atletika üzrə 2012-ci il İslam Həmrəylik Çempionatında iştirak edirlər. Milli komandanın baş məşqçisi Nizami Paşayev bu yarışda yığmamızın ehtiyat qüvvəsini gözdən keçirir.

Turnir 28 yanvar – 2 fevral tarixlərində Səudiyyə Ərəbistanının Dammam şəhərində keçiriləcək.

Yanvarın 29-da iki idmançımız körpücük üzərinə qalxıb. 62 kq çəki dərəcəsində çıxış edən Paşa İbrahimli və Rauf Nəbiyev böyük uğur qazanıblar.

Gənc Paşa İbrahimli 250 kq (114 kq+136 kq) nəticə ilə həm birdən, həm təkanla qaldırmada, həm də toplamda qızıl medal qazanıb. İkinci yerə toplamda 239 kq (109 kq + 130 kq) nəticə ilə daha bir idmançımız Rauf Nəbiyev layiq görülüb.

Təbrik edirik!

SHARE
Şərh yaz