Paşa İbrahimli qızıl medalçıdır!

7-8 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatında ikinci yarış gününə start verilib.

İlk olaraq kişilər arasında 73 kq çəki dərəcəsində medalçıların adına aydınlıq gəlib.

Çempion adını Paşa İbrahimli qazanıb. O, rəqiblərini xeyli qabaqlayaraq, toplam 293 kq (133+160) nəticə qızıl medala sahib çıxıb. Sonrakı yerləri müvafiq olaraq toplam 270 kq (125+145) nəticə ilə Kənan Xəlilov və toplam 255 kq (111+144) nəticə ilə Nurlan Rəsulov tutub.

Təbrik edirik!

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

73 kq

NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.İbrahimli Paşa1995LənkəranZirvə72.8133160293
2.Xəlilov Kənan1999NeftçalaZirvə72.8125145270
3.Rəsulov Nurlan2002XırdalanZirvə72.4111144255
4.Şərifov Elşən1996ŞamaxıZirvə72.9112141253
5.Sahibov Həsənağa2002QobustanUGİM70.4105125230
6.Usubov Fərid1997NeftçalaZirvə70.0100120220
SHARE
Şərh yaz