“AAAF Park Yaşayış Kompleksi” daha bir Respublika səviyyəli idman yarışının təşkilinə hazırlaşır. Bu dəfə Pauerliftinq üzrə Azərbaycan çempionatı Kompleksimizin yeni yarış zalında keçiriləcək.
Oktyabrın 4-5-də 12 çəki dərəcələrində 150-yə qədər idmançı gücünü sınayacaqdır. Yarışlar pauerliftinq, benç-press və dedlift növləri üzrə keçiriləcəkdir.