Pauerliftinq üzrə Azərbaycan çempionatı keçirildi

Martın 11-12-də Xırdalan şəhərində yerləşən AAAF Park Yaşayış Kompleksinin yarış zalında Pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib. Yarış qarşıdakı beynəlxalq turnirlərə seçmə və sınaq xarakteri daşıyıb.

İki gün davam edən turnirdə 100-dən çox atlet müxtəlif çəki dərəcələrində medal mübarizəsi aparıb. Sevindirici haldır ki, yarışda iştirak edənlərin içərisində paytaxla yanaşı region atletlərininin də sayı yetərincə olub. Xüsusilə, yeni qoşulan Quba, həmçinin daimilərdən Astara, Tovuz, Gəncə, Sumqayıt və başlarını nümunə göstərmək olar. Pauerliftinq üzrə bu Azərbaycan çempionatı yetərincə böyük marağa səbəb olub, iştirakçılar ciddi nəticələr göstərmək üçün əllərindən gələnin maksimununa çalışıblar. İdmançılar üç hərəkət – ştanqla oturub-durma, ştanqı yerdən dartma (dedlift) və ştanqı sinədən qaldırma (benç-press) – hərəkətdə qüvvələrini sınayaraq qalibləri müəyyən ediblər.

Qadınların mübarizəsində çempion olanlardan Könül Quliyeva və Zərifə Hüseynovanın çıxışlarını fərqləndirmək olar.

Kişilərdə bir sıra çəkilərdə nəzərəçarpacaq nəticələr qeydə alınıb. 60 kq çəki dərəcəsində Elmir Tarverdiyev, 67 kq-da Rövşən Xəlilov, 75 kq-da Aslan Səfərov, 82 kq-da Ziyad Cabbarov (üç hərəkətin cəmində 585 kq), 90 kq-da Gündüz Məmmədov (710 kq), 100 kq-da Vüsal Ağalarov (772,5 kq), 110 kq-da Elçin Məmmədov (715 kq), 125 kq-da Hüseynov Razim (925 kq) qalib adını qazanıblar.

Yarışın ən maraqlı məqamlarından biri pauerliftinqçilərin təchizatla, yəni xüsusi geyimlə çıxışları zamanı qeyd alınıb. Belə ki, 100 kq çəki dərəcəsində yarışan “Bakı-Zirvə” komandasının üzvü Ramil Əhmədov üç hərəkətin cəmində toplam 1 ton çəkini ram edə bilib.

Əlavə edək ki, bu ilin mayında Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin ad günü ildönümünə həsr olunmuş Pauerliftinq üzrə beynəlxalq turnirin təşkil edilməsi planlaşdırılır.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz