30 sentyabr – 1 oktyabr tarixlərində AAAF Park Yaşayış Kompleksinin yarış zalında pauerliftinq üzrə Azərbaycan Kuboku keçiriləcək. Yarışda ölkənin müxtəlif regionlarını təmsil edən 100-dən çox atlet müxtəlif çəki dərəcələrində medal mübarizəsi aparacaq.
Yarış qarşıdakı beynəlxalq turnirlərə, xüsusilə də Çexiyanın Plzen şəhərində keçiriləcək dünya çempionatına seçmə və sınaq xarakteri daşıyacaqdır.
“Zirvə” Beynəlxalq İdman Klubu və AAAF Park Yaşayış Kompleksi bu idman növünə həmişəki kimi təşkilati dəstək verməyə şaddır.
Hamını 30 sentyabr – 1 oktyabrda bu maraqlı yarışı izləməyə dəvət edirik.