20-23 sentyabr tarixlərində Pauerliftinq üzrə növbəti Azərbaycan Kuboku keçirilib. Yarış ənənəvi olaraq AAAF Park Yaşayış Kompleksinin yarış zalında baş tutub. Üç gün davam edən turnirdə 100-dən çox atlet müxtəlif çəki dərəcələrində medal mübarizəsi aparıblar.
Maraqlıdır ki, iştirakçılar arasında Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev də olub.
Yarış 5-11 noyabr tarixlərində ABŞ-ın Orlando şəhərində keçiriləcək Pauerliftinq üzrə açıq dünya çempionatına seçmə və sınaq xarakteri daşıyıb.