Pauerliftinq üzrə Azərbaycan çempionatı yenidən AAAF Parkda!

pauerliftinq 2

Pauerliftinq üzrə Azərbaycan çempionatı yenidən AAAF Park Yaşayış Kompleksində keçiriləcək. Artıq bu turnirin bizə tanış məkanda keçirilməsi bir ənənə halını alıb. “Zirvə” Beynəlxalq İdman Klubu bu idman növünə təşkilati dəstək verməyə şaddır.

Azərbaycanın ən güclülərinin toplaşdığı çempionat martın 12-13-də AAAF Park Yaşayış Kompleksinin əsas yarış zalında baş tutacaq. İki gün davam edəcək turnirdə 100-dən çox atlet müxtəlif çəki dərəcələrində medal mübarizəsi aparacaqlar.

Yarış müxtəlif versiyalar üzrə Rostov və Mançesterdə keçiriləcək Avropa çempionatlarına seçmə və sınaq xarakteri daşıyacaqdır.

Hamını martın 12-13-də bu maraqlı çempionatı izləməyə dəvət edirik.

SHARE
Şərh yaz